“Qarabağ”ın rəqibində Marselo şoku

“Qarabağ”ın rəqibində Marselo şoku
Oxunma sayı: 4510

Avroliqada “Qarabağ”ın rəqiblərindən olan Yunanıstanın “Olimpiakos” komandasının yeni transferi Marseloda xroniki zədə aşkarlanıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə xarici media yazır. Belə ki, 34 yaşlı oyunçunun bud əzələsində ciddi problem olduğu, buna görə bir müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Əvvəlcə Marselonun “Qarabağ”la görüşdə meydana çıxacağı gözlənilsə də, onun hələ bir müddət oynamayacağı dəqiqləşib.

Bundan başqa “Olimpiakos”un digər ulduz futbolçusu Xames Rodriqes də zədələnib. Kolumbiyalı yarımmüdafiəçi milli komandanın düşərgəsindən zədəli qayıdıb. Həkimlərin rəyinə əsasən, onun bərpa prosesi bir neçə həftə çəkəcək.

Xatırladaq ki, Xames Rodriqesin adı Avropa Liqası üçün açıqlanmış heyətə daxil edilməyib. Buna görə onun “Qarabağ”la oyunlarda iştirakı mümkün deyil.

“Olimpiakos” – “Qarabağ” matçı oktyabrın 6-da Yunanıstanda keçiriləcək.