"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Monako" maraqlı hadisə ilə gündəmə gəlib.
"Qafqazinfo" futbolinfo.az-a istinadən xəbər verir ki, "ağ-qırmızılar"ın futbolçusu Yaruba Sissako klubdan ayrılaraq karyerasını bitirmək niyyətindədir.
Fransa mətbuatının yazdığına görə, buna səbəb 20 yaşlı müdafiəçinin axund olmaq istəməsidir. Belə ki, müsəlman olan Afrika mənşəli oyunçu islam dinin yayqın olduğu bir ölkəyə gedərək orada axundluq etməyi qərara alıb.
Qeyd edək ki, fransalı futbolçu ötən mövsüm icarə əsasında "Zulte Vareqem"də çıxış edib.
Son xəbərlər
Son Xəbərlər