“Moldova çempionatının son turunda start heyətdə Bakıdakı görüşdə oynayanlardan mən və iki futbolçu yer almışdı. İki cəbhədə mübarizə aparmaq çətindi. Çempionatda şənbə günü matça çıxmışıq. Bu gün isə Tiraspolda "Qarabağ"la cavab oyunumuz var”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri"Şerif"in futbolçusu Vyaçeslav Posmak Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi Moldova mətbuatına bildirib.
Onun fikrincə. çempionatda xal itirməmələri və vaxtında bərpa olaraq "Qarabağ"la ÇL oyununa güc saxlamaları lazım idi: " Hələ indiyədək Çempionlar Liqasının pley-offuna çıxış etməmişəm. Qrupda oynasam, bu, mənim üçün yeni təcrübə olacaq. Amma biz indi Çempionlar Liqasının qrupuna düşmək üçün oynayırıq”.
Qeyd edək ki, "Şerif" - "Qarabağ" oyunu bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı matç 0:0 hesabı ilə başa çatıb.
Son xəbərlər
Son Xəbərlər