“Qarabağ”ın rəqibinin heyətində ciddi itki

qarabagin-reqibinin-heyetinde-ciddi-itki
Oxunma sayı: 1077

Çempionlar Liqasında “Qarabağ”la qarşılaşacaq “Roma” itki ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, “canavarlar”ın çexiyalı hücumçusu Patrik Şik sıradan çıxıb.
 
Sol ayağından zədə alan hücumçu 2 həftə yaşıl meydanlardan kənar qalacaq. Bu haqda paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Belədə o, “Roma”nın “Qarabağ”la və Çexiya yığmasının Azərbaycanla oyununu buraxacaq.  
 
Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-i saat 20:00-da, Azərbaycan – Çexiya oyunu isə oktyabrın 5-i, 21:00-da start götürəcək. Hər iki qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək.