Yeni mövsümün hazırlıqları üçün Avstriyaya gedəcək "Qarabağ"ın keçirəcəyi yoxlama görüşlərindəki ilk rəqibi müəyyənləşib.
"Qafqazinfo" klubun rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, son Azərbaycan çempionu Avstriyanın "Vakker" (İnsbruk) klubu ilə qarşılaşacaq.
Ağdam təmsilçisinin Avstriyanın II liqasında mübarizə aparan klubla oyunu iyunun 25-də keçiriləcək.
Qeyd edək ki, "Vakker" klubu ötən mövsüm Avstriya II liqasını 3-cü pillədə başa vurub.
Son xəbərlər
Son Xəbərlər