“Qarabağ”ın rəqiblərinin heyətlərinin dəyəri nə qədərdir? - Rəqəmlər

qarabagin-reqiblerinin-heyetlerinin-deyeri-ne-qederdir
Oxunma sayı: 4508

Xəbər verdiyimiz kimi, “Qarabağ” Avropa Liqasında “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) klublarıyla bir qrupa düşüb.

“Qafqazinfo” xəbər verir ki, “Transfermark”da göstərilən rəsmi rəqəmlərə əsasən, qrupda heyətlərinin ümumi dəyərinə görə ən kasıbı “Qarabağ”dır - 11,5 milyon avro.

Qrupun ən dəyərli heyəti isə “Arsenal”dadır. Bu klubun ümumi dəyəri “Qarabağ”dan təxminən 50 dəfə baha - 554 milyon avrodur.

“Sportinq” futbolçularının toplam dəyəri 164,58 milyon avro, “Vorskla”nın isə 12,10 milyon avrodur.