"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike karyerasını Türkiyədə davam etdirməyə çox yaxındır.
"Qafqazinfo" "Ajansspor"a istinadən xəbər verir ki, Super Liqaya vəsiqə qazanan "Qazişehir Qaziantep" klubu futbolçunun xidmətində maraqlıdır. Artıq tərəflər arasında razılıq əldə olunduğu bildirilir. Təcrübəli yarımmüdafiəçi Qaziantep təmsilçisində icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, braziliyalı futbolçu müqavilə ilə Yunanıstanın PAOK klubuna məxsusdur. O, 2017/2018 mövsümündə icarə əsasında "Qarabağ"da çıxış edib.
Son xəbərlər
Son Xəbərlər