“Qarabağ”ın və “Neftçi”nin futbolçuları 13:0-lıq qələbəyə sevindilər

qarabagin-ve-neftcinin-futbolculari-130-liq-qelebeye-sevindiler
Oxunma sayı: 3784

“Qarabağ”ın futbolçusu Donald Gerrye və “Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar Haiti milli komandasının heyətində növbəti oyunlarını keçiriblər.  

“Qafqazinfo” xəbər verir ki, Haiti KONKAKAF Milli Liqası çərçivəsində doğma meydanda Sent-Martin millisi ilə qarşılaşıb. Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə (13:0) başa çatıb. 

"Neftçi"nin futbolçusu komandasının 12-ci qolunun müəllifi olub. Gerrye isə adını tabloya yazdırmağı bacarmayıb. Futbolçular sabah klublarının düşərgəsinə qayıdacaqlar. 

Qeyd edək ki, Soni Mustivar 2013-cü ildən çıxış etdiyi Haiti milli komandasının heyətində 10 oyun keçirib. Gerrye isə 42 dəfə milli formanı geyinib.