“AFFA həmişə klublara və milliyə dəstək olur. “Qarabağ”ın da yanında olacağıq”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
O, “Qarabağ”ın Konfrans Liqasının 1/16 final mərhələsində Fransanın “Marsel” klubuna qarşı keçirəcəyi matçda hansısa təxribatla üzləşə biləcəyi ilə bağlı suala cavab verib:
“Bununla bağlı UEFA-ya müraciət etmişik. Həftəsonu videokonfrans formatında iclas olacaq. Orada da bu məsələ müzakirə olunacaq. Mən Fransa Futbol Federasiyasından olan həmkarıma da bu barədə məlumat vermişəm, danışmışam. Onunla müzakirə etmişik. Marsel şəhərindəki vəziyyət hər kəsə bəllidir. Təcrübədə də görünür ki, bizə qarşı təxribatlar olur. Amma UEFA artıq bu məsələyə xüsusi diqqət ayıracaq”.
Son xəbərlər
Son Xəbərlər