“Qarabağ”ın 3 futbolçusu yeni mövsümdə fərqli nömrəli formada çıxış edəcək.
“Qafqazinfo” kluba istunadən xəbər verir ki, Şahruddin Məhəmmədəliyev 12 nömrəli formasını dəyişərək “1 nömrə” götürüb. “1 nömrə” Boyan Şaranovun gedişindən sonra boş qalmışdı.
Ağabala Ramazanov isə “44”dən imtina edərək, komandadan ayrılmış Muarem Muaremin geyindiyi 10 nömrəli formaya sahib çıxıb.
Dino Ndlovu da “6 nömrəsi”ni 9-la dəyişib. Reynaldonun “Adanaspor”a keçidindən sonra “Qarabağ”da 9 nömrəli forma boş idi.
Son xəbərlər
Son Xəbərlər