“Qarabağ”ın yeni qapıçısı qol vurmağı da bacarır - Video

qarabagin-yeni-qapicisi-qol-vurmagi-da-bacarir
Oxunma sayı: 4475

Xorvatiyalı qapıçı Fabiyan Buntiç “Qarabağ”a transfer olduqdan sonra onun 2021-ci ildə vurduğu qol gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, o, Almaniyanın “İnqolştadt” klubunda çıxış edərkən fərqlənib. 

Belə ki, F.Buntiç komandasının “Viktoriya”ya (Köln) qarşı keçirdiyi matçda qol vuraraq komandasına qələbə 2:1 hesablı qələbə qazandırıb. 

27 yaşlı çərçivə qoruyucusu künc zərbəsindən sonra topu rəqib qapısından keçirərək diqqətləri üzərinə çəkə bilib. 

Qeyd edək ki, “Qarabağ” ötən gün Fabiyan Buntiçi heyətinə qatıb. Onunla 3 illik müqavilə imzalanıb.