Qarabağda nəqliyyat və rabitə kommunikasiyalarının bərpa olunması üzrə üçtərəfli işçi qrupunun dəmir yolu, avtomobil yolu və kombinə edilmiş nəqliyyatla bağlı alt qrupunun iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin yaydığı məlumata görə, fevralın 6-da keçirilən iclasda Azərbaycan, Rusiya və Ermənistanın nümayəndələri distant rejimdə iştirak ediblər.
İştirakçılar dəmir yollarının vəziyyətini, həmçinin Dağlıq Qarabağ ətrafındakı ərazidə avtomobil nəqliyyatı imkanlarını müzakirə ediblər.
Xatırladaq ki, mütəxəssis alt qrupu Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində fəaliyyət göstərir.
Son xəbərlər
Son Xəbərlər