“Qarabağ”ın zədələnən qapıçısına 25 tikiş qoyuldu - Video

qarabagin-zedelenen-qapicisina-25-tikis-qoyuldu
Oxunma sayı: 3453

Premyer Liqanın 23-cü turunda “Səbail”lə səfər matçının (1:1) 26-cı dəqiqəsində ciddi zədə alan “Qarabağ” klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev dərhal xəstəxanaya aparılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Ağdam klubu məlumat yayıb.

Bildirilib ki, burun, üz və kəllə nahiyəsindən xəsarət alan qapıçıya 25 tikiş qoyulub.

İlkin müayinədən sonra Şahruddin Məhəmmədəliyevin ən azı 2-3 həftə yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib.

Qapıçının zədələndiyi anın videosunu təqdim edirik:

Qeyd edək ki, “Səbail” – “Qarabağ” oyunu 1:1 hesabı ilə başa çatıb.