“Qarabağ”ın zədələri

qarabagin-zedeleri-
Oxunma sayı: 654

Qol.Az-ın məlumatına görə, çempionatın startından etibarən 6-7 futbolçu qeyd olunan problem səbəbindən komandaya tam gücüylə kömək edə bilmir.

Zədə epidemiyası "Brügge" ilk oyunda sıradan çıxan Vüqar Nadirov başlamışdı. İyulun 28-i zədələnən 23 yaşlı forvard uzun müddətdi Türkiyədə müalicə olunurdu. Artıq milli oyuncu vətənə qayıdıb.

Nadirov bununla bağlı klubun rəsmi saytına müsahibə verib: "Şükür Allaha müalicə pis keçmədi. Orda həkim nəzarətində hər 2 gün məşq keçirdim. Yadıma gəlmir axırıncı dəfə nə vaxt bu qədər futboldan uzaq qalmışdım. Topdan ötrü çox darıxmışam. Tezliklə meydana qayıtmağı səbirsizliklə gözləyirəm.

Hələ 4-5 gün fərdi olaraq çalışacam. Sonra isə kollektiv məşqlərə başlayacam. İnşallah, "Rəvan"la oyuna tam hazır olacam. Həqiqətən, zədə epidemiyası yaman ağır oldu. Sanki, komandaya göz dəyib. Hər gün kimsə zədələnir.

Amma "Qarabağ" elə komandadırki, meydanda kim olmasına baxmayaraq qələbə üçün oynayır. "İnter"lə oyunu izləyə bildim. "Kəpəz"lə matça isə sadəcə internetdən izlədim. Sevinirəm ki, bu qədər itkiyə baxmayaraq komandamız ilk 2 turu qələbəylə başa vurub. Zədəlilər döndükdən sonra komandamız daha da güclənəcək".