“Qarabağla bağlı bəyanatda gizli əlavələr yoxdur”

qarabagla-bagli-beyanatda-gizli-elaveler-yoxdur
Oxunma sayı: 1702

“Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr tarixli Dağlıq Qarabağdakı altı həftəlik hərbi əməliyyatlara son qoyan üçtərəfli bəyanatında heç bir gizli əlavə yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Lavrov Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci ildəki fəaliyyətinin nəticələrinə dair mətbuat konfransında açıqlama verib.

“Gizli əlavələr yoxdur. Hansısa mövzuların gizlilik predmeti ola biləcəyini fikirləşmirəm”,- deyə Lavrov qeyd edib.