Qarabağla bağlı BMT-yə müraciət edildi

qarabagla-bagli-bmt-ye-muraciet-edildi
Oxunma sayı: 1100

Dünya Azərbaycanları Assambleyası son hadisələrlə bağlı BMT baş katibinə və beynəlxalq qurumlara müraciət edib.

Assambleyadan “Qafqazinfo”ya daxil olan məlumata görə, onlar beynəlxalq təşkilatlara müraciət edərək Ermənistanın 22 il əvvəl imzalanmış atəşkəs müqaviləsini pozduduqları diqqətə çatdırıb. Qeyd olunub ki, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və erməni təcavüzkarları illər öncə nə qədər azərbaycanlını öz yurd-yuvasından didərgin salıb. Son olaraq Helsinki müqaviləsini diqqətə çatdıran qurum beynəlxalq təşkilatları ermənilərin təcavüzkar əməllərinə göz yummamağa səsləyib.