BMT baş katibi Antoniu Qutteriş Qarabağ münaqişəsi zonasında situasiyanın gərginləşməsindən narahatdır. O, həmçinin tərəfləri atəşkəs rejiminə əməl etməyə və gec olmadan danışıqlar predmetini yeniləməyə çağırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik məlumat verib:
“Biz Dağlıq Qarabağda təmas xəttində toqquşmalarla bağlı son məlumatlardan narahatıq. BMT baş katibi tam olaraq ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir”.
Dyujarrik qeyd edib ki, BMT baş katibi münaqişənin bütün tərəflərini atəşkəslə bağlı razılaşmaya xələl gətirəcək istənilən addımdan uzaq durmağa çağırır.
Son xəbərlər
Son Xəbərlər