“Qarabağla bağlı Lavrovdan aldığım informasiya...”

qarabagla-bagli-lavrovdan-aldigim-informasiya
Oxunma sayı: 2332

Azərbaycanda rəsmi səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov həmkarı Elmar Məmmədyarovla ikitərəfli görüş keçirir.

Qafqazinfo” Rusiya KİV-ə xəbər verir ki, Məmmədyarov Bakıya səfər etdiyi üçün rusiyalı həmkarına təşəkkürünü bildirib: “Görüşməyimizə çox şadam. Dünən artıq prezident Əliyevlə fikir mübadiləsi aparıldı”.

Lavrov da öz növbəsində bildirib ki, dünən tərəflər bir çox məsələləri müzakirə etdilər.

***

Moskva və Bakı ikitərəfli görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında irəliləyişə nail olacaq konkret addımları müzakirə edir. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov azərbaycanlı həmkarı ilə görüşdə deyib:

“Dünən Azərbaycan prezidenti İlham Əliyevlə ətraflı, səmimi və inam ifadə edən dialoq baş tutdu. İkitərəfli münasibətləri müzakirə etdik və Qarabağ münaqişəsinin nizama salınmasında irəliləyişə nail olmaq üçün gələcək addımları müəyyənləşdirdik”.

***

Elmar Məmmədyarov rusiyalı həmkarı ilə görüşdən sonra bəyan edib ki, Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı Sergey Lavrovdan aldığı informasiya “Bakını müsbət notlara kökləyir”.