“Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırıq” - Paşinyan

qarabagla-bagli-razilasmalari-yerine-yetirmeye-haziriq
Oxunma sayı: 2912

“Ermənistan Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatları yerinə yetirmək üçün hər cür səy göstərməyə hazırdır”.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı deyib.

“Ermənistan 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əldə edilmiş razılaşmaları həyata keçirmək üçün bütün tədbirləri görməyə davam edəcək. Həm də tərəflər arasında üçtərəfli formatda konstruktiv dialoqu təmin etmək üçün hər cür səy göstərməyə hazırıq”, - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, bölgədə müharibə Rusiyanın səyləri nəticəsində dayanıb:

“Rusiyanın səyləri nəticəsində hərbi əməliyyatlar dayandı və regionda vəziyyətin deeskalasiyasına nail olundu. Xüsusilə prezident Vladimir Putinin regionda sülhün əldə olunmasındakı rolunu qeyd etmək istərdim”.