Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Monako” ilə evdə heç-heçə edən “Anderlext”in yarımmüdafiəçisi Yuri Tilemans açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, yerli mətbuata açıqlamasında ilk matçlarını şərh edən futbolçu həm də “Qarabağ”dan danışıb.
Tilemans “Qarabağ”ı məğlub etmək üçün daha yaxşı oynamalı olduqlarını bildirib: ““Monako” güclü komandadır. Onlara qarşı yaxşı çıxış etdik. 1 xal bizim üçün pis deyil. Oyunda hakimin səhvləri olsa da, onun haqqında danışmaq istəmirəm. Bu gündən “Qarabağ”la oyunu düşünürük. Azərbaycan təmsilçisini məğlub etmək üçün daha yaxşı oynamalıyıq. “Qarabağ”la matçda 3 xal qazanmalıyıq”.
Son xəbərlər
Son Xəbərlər