““Qarabağ”la matçı düşünürük” - “Roma”nın baş məşqçisi

qarabagla-matci-dusunuruk
Oxunma sayı: 1201

““Roma” da Dibala və Mertens kimi futbolçular varmı? Yoxdur. Amma matçlarda əhəmiyyətli qərarla verəcək futbolçular var. Məsələn, Edin Dzeko”.

“Qafqaiznfo” xəbər verir ki, bu sözləri İtaliya mətbuatına açıqlamasında "Roma"nın baş məşqçisi Eysebio Di Françesko deyib. 

O, bu gün "Udineze"yə qarşı keçiriləcək oyunöncəsi jurnalistlər önünə çıxıb. Françesko açıqlamasında Çempionar Liqasının qrup mərhələsində 27 sentyabrda "Qarabağ"a qarşı keçirəcəkləri matçdan danışıb: "Biz "Roma"nın daha çox kollektiv oynamasını təmin edirik. Buna əsaslanmış oyun qururuq. Bu gün Dzeko, Alisson, Kolarov kimi futbolçular meydanda olacaq. Düzdür, bu matç öncəsi "Qarabağ" və "Milan"la matçları da düşünürük. Hər ikisini qiymətləndiririk".