“Qarabağ”la oyun ərəfəsində “Marsel”də gərginlik

qarabagla-oyun-erefesinde-marselde-gerginlik
Oxunma sayı: 2496

“Marsel” komandasının daxilində ab-hava pozulub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “L’Epuipe” nəşri məlumat yayıb. Məlumata görə, futbolçularla baş məşqçi Xorxe Sampaoli arasında problemlər yaşanır. Futbolçuların argentinalı mütəxəssisi ciddiyə almadığı, verdiyi tapşırıqlara bivec yanaşdığı iddia olunur. Bu səbəbdən oyunçular onun verdiyi göstərişləri meydanda tətbiq edə bilmirlər.

Bildirilir ki, “Marsel”in ölkə kubokunun 1/4 finalın” Nitsa"ya 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırmasından sonra gərginlik daha da artıb. 

Xatırladaq ki, "Marsel” Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ"ın rəqibidir. Bu komandaların ilk oyununu fevralın 17-də səfərdə, cavab matçı isə bundan 1 həftə sonra Bakıda keçirəcək.