“Qarabağ”la oyunda hər şeyi tərsinə çevirəcəyik” - “Braqa”nın futbolçusu

qarabagla-oyunda-her-seyi-tersine-cevireceyik
Oxunma sayı: 4269

“Məşq etmək və “Qarabağ”la oyuna hazırlaşmaq vaxtıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Braqa” nın yarımmüdafiəçisi Şer Ndur“Farense"ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib. 

19 yaşlı yarımmüdafiəçi bildirib ki, çempionatdakı növbəti mərhələ üçün təsirli olacaq: “Oyun bizi ruhlandırdı. Bizdə qələbə üçün lazım olan hər şey var. İndi yalnız məşq edib, Avroliqa oyununa hazırlaşmaq vaxtıdır. “Qarabağla oyunda hər şeyi tərsinə çevirəcəyik”.

Qeyd edək ki, cavab görüşü 22 fevral tarixində Bakıda baş tutacaq.