Bu gün Azərbaycan Kubokunda ¼ final mərhələsinə start verilib.
“Qafqazinfo” xəbər verir ki, ilk oyunlar çərçivəsində “İnter” səfərdə “Rəvan”a 1:2 hesabı ilə uduzub.
“Bayıl Arena”dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Zaur Svanadze məğlubiyyəti belə şərh edib:
- Pis oynadıq. Bu oyunda məğlub olmağımız yaxşı haldı. Bəzi futbolçularımız “Qarabağ”la oyundan sonra göylərdə uçurdu. Bu məğlubiyyət onları yerə endirdi. Bu, bizim üçün dərs oldu.
- Qoldan sonra arxayınlıq var idimi?
- Ola bilər. Amma oyuna çıxanda “Qarabağ”la oyundan sonra boşalmışdı. Növbəti matçda vəziyyəti düzəltməyə çalışacağıq.
- Kamran Ağayevin vurulan qollara reaksiyasını gördük. Qapıçı özünə arxayındı ki, toxunulmazdı?
- Bizdə heç kimə əsas heyətdə daimi oynamaq zəmanəti verilməyib. Kamranın belə düşünəcəyini zənn etmirəm. İkinci qolda onun edə biləcəyi bir şey yox idi.
- “Qarabağ”la oyunda pis çıxış etməyən Ruslan Əmircanov bu gün ehtiyatda qaldı...
- Bu, limitlə bağlıdı. Fuad Bayramov “Qarabağ”la oyunda zədə almışdı. Biz məcburiyyətdən Abbas Hüseynovu sağda oynatmağa mcbur olduq
Son xəbərlər
Son Xəbərlər