“Qarabağla Qüdsdə olanlara səssiz qalsaq, eyni faciələrlə üzləşəcəyik”

qarabagla-qudsde-olanlara-sessiz-qalsaq-eyni-facielerle-uzleseceyik
Oxunma sayı: 1832

“30 il öncə Qafqazda, Balkanlarda baş verənlər gözlərimizin önündədir. Harada zülm görsək, buna qarşı ən yüksək səslə hayqıracağıq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 19 May - Atatürkü anma, Gənclik və İdman bayramı münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Fələstində bir çoxu uşaq və qadın olmaqla yüzlərlə günahsız insan hər kəsin gözü qarşısında müasir silahlarla öldürülür. Bizə “Ərdoğan bu şəkildə danışmamalıdır”, - deyirlər. Nə etməliyəm, alqışlamalıyam? Zülmü gördüyümüz yerdə ən yüksək şəkildə fəryad edəcəyik. Güclü hər zaman haqlıdır deyə bir şey yoxdur. Türkiyə güclü və haqlı olduğuna inandığımız bir dünya qurmaq üçün var. Qüdsdə və ya Qəzzada ölən uşaqlar deyil, insanlığın özüdür.

Türküstanda, Qarabağda, Qüdsdəki qardaşlarımızın başlarına gələnlərə səssiz qalsaq, sabah eyni faciələrlə üzləşəcəyimizi çox yaxşı bilirik”, - deyə Ərdoğan qeyd edib.