““Qarabağ”la son oyun faciəvi idi”

““Qarabağ”la son oyun faciəvi idi”
Oxunma sayı: 1340

“İstəyirik ki, tətilə çıxmazdan öncə yaxşı nəticə qazanaq. Bizim üçün matçın əhəmiyyəti azdır. Daha çox "Qarabağ" üçün əhəmiyyətlidir”.

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Lüksemburq "Düdelanj"ının baş məşqçisi Bertran Krasson Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Qarabağ"la səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, Ağdam təmsilçisi ilə son oyun faciəvi idi: "Evdəki maçt müəyyən səbəblərə görə dayandı və qırmızı vərəqə də aldıq. Sabah məqsədimiz bu səhvləri təkrarlamamaqdır. Elə oyun keçirmək istəyirik ki, Lüksemburqdakı matçı unutduraq".

Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:55-da start götürəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi