Layihə Azərbaycan Gənclər Fondunun maliyyə, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan İntellektual Oyunlar Klubu (AİOK) və Virtual Qarabağ İKT Mərkəzinin təşkilati dəstəyi ilə keçirilir. Layihənin rəhbəri Çingiz Səfərov deyib ki, layihənin məqsədi Qarabağın milli mədəni dəyərlərinin qorunmasında gənclərin rolunu artırmaq, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi və tələbə gənclərə mövzu çərçivəsində yeni bilik və məlumatların aşılanmasından ibarətdir. AİOK-un prezidenti Aydın Piriyev rəhbərlik etdiyi təşkilatın bu layihəyə dəstək olacağını və layihənin həyata keçirilməsində aktiv iştirak edəcəyini bildirib. Tədbirin davamında qarabagname.com internet portalının təqdimatı olub. Bildirilib ki, sayt üzərindən tələbə gənclər online yarışmada iştirak edə bilər və eyni zamanda layihə çərçivəsində keçiriləcək əsas oyunda iştirak etmək üçün 4 nəfərlik komanda şəklində müraciət edə bilərlər.
Son xəbərlər
Son Xəbərlər