“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, yanğın Kamil İsmayılov küçəsi 17 ünvanında qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Sabunuçu rayon dövlət yanğından mühafizə hissəsinin 4 yanğın söndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Qonşuluqdakı üç evə keçən yanğının miqyası böyük olduğundan, əraziyə ehtiyat qüvvə cəlb olunub.
Sabunçu rayon dövlət yanğından mühafizə hissəsindən APA-ya verilən məlumata görə, yanğın nəticəsində xəsarət alan olmayıb. Kamil İsmayılov küçəsi 17 ünvanında bir-birinə yaxın yerləşən evlərin 3-ü yanaraq yararsız hala düşüb.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğın qısa bir zamanda söndürülüb və güclü alovun dördüncü evə keçməsinin qarşısı alınıb. Yanğının nə səbəbdən baş verdiyi aparılan araşdırmadan sonra məlum olacaq.
Son xəbərlər
Son Xəbərlər