Qaradağ gənclərinin inkişafı üçün yeni məkan yaradılıb- - Fotolar

qaradag-genclerinin-inkisafi-ucun-yeni-mekan-yaradilib-
Oxunma sayı: 767


“Qafqazinfo”ya daxil olan məlumata görə, açılışda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Gənclər və İdman nazirinin müavini cənab İntiqam Babayev, və “Holcim” Azərbaycan ASC-nin Baş Direktoru cənab Rossen Papazov və digər qonaqlar iştirak edirdilər. 

Gənclərin İnkişafı Mərkəzi öyrənmək, rəhbərlik etmək və inkişaf etmək üçün imkanların yaradılmasında əsas hərəkət verici qüvvə olmaq istəyindədir. O, Ümid qəsəbəsindəki gənclərin təhsil səviyyəsinin artırılmasına və onlar üçün əlverişli sosial şəraitin yaradılmasına yardım edəcək. Qəsəbə gəncləri üçün yeni kitabxana, ingilis dili və kompyüter kursları, liderlik və təcrübə proqramları təşkil olunacaq. 

Yaradılmış şəraiti yüksək qiymətləndirən qonaqlar Mərkəz tərəfindən qarşıya qoyulan məqsədlərin uğurla həyata keçiriləcəyinə əminliklərini bildirdirlər.