Qaradağ icrası tənha yaşayanlara və aztəminatlı ailələrə ərzaq sovqatı paylayıb - Fotolar

qaradag-icrasi-tenha-yasayanlara-ve-azteminatli-ailelere-erzaq-sovqati-paylayib
Oxunma sayı: 1126

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində koronavirus infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması məqsədilə 20 aprel 2020-ci il tarixədək 65 yaşdan yuxarı şəxslərin evdən çıxışı qadağan edilib, yaxın təmasları azaltmaq məqsədi ilə insanların fərdi evlərindən və mənzillərindən çıxışı isə xüsusi qaydalarla tənzimlənməklə məhdudlaşdırılıb.

"Qafqazinfo"nun məlumatına görə, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə insanlara dəstək məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti gündəlik olaraq sosial aksiyaları davam etdirir.

Aksiya çərçivəsində 11 aprel 2020-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti və “Abşeron” Logistika, “Abşeron” tikinti materialları Mərkəzi” MMC könüllüləri tərəfindən karantin rejimi dövründə evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət 130-dan çox sovqat paylanılıb, eləcə də vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib və bildirilib ki, hər bir yaranmış çətinliklə bağlı   Rayon İcra Hakimiyyətinin qaynar xəttinə zəng edə bilərlər.

Sovqatları qəbul edən vətəndaşlar bu nəcib aksiyaya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.