Qaradağ rayonunda məntəqələr üzrə növbədənkənar prezident seçkiləri üzrə səsvermə keçirilir.
“Qafqazinfo” xəbər verir ki, əhali seçki məntəqələrində fəallıq nümayiş etdirir.
Qaradağ rayonunda 3 seçki dairəsi üzrə mövcud olan 69 məntəqə seçki komissiyaların önündə səhər tezdən seçki məntəqələrinin açıldığı vaxtdan etibarən səs vermədə əhali mütəşəkkil şəkildə iştirak edirlər.
Qeyd edək ki, məntəqələrin açılışı zamanı vətəndaşların izdihamı müşahidə olunub və bu aktivlik bu saatlaradək davam etməkdədir.
Azərbaycanın növbədənkənar prezident seçkiləri tarixində ilk dəfə olaraq vətəndaşların belə aktiv iştirakçılığı müşahidə olunur.
Qaradağ rayonunda seçicilər böyük həvəslə seçkilərdə iştirak edir, şəffaf, ədalətli və demokratik şəkildə səsvermədə iştirak etməkdədirlər.
Səsvermə prosesi davam edir.






Son xəbərlər
Son Xəbərlər