Qaradağ rayonunun bütün qəsəbələrində iməcilik keçirilib

qaradag-rayonunun-butun-qesebelerinde-imecilik-kecirilib
Oxunma sayı: 1757

Bu gün Qaradağ rayonunun bütün qəsəbələrində iməcilik keçirilib.

“Qafqazinfo” xəbər verir ki, rayonunda əsas magistral yol boyunca olan ərazidə və rayonunun qəsəbələrinin ərazilərində növbəti iməcilik təşkil edilib. İməcilikdə idarə-müəssisələrin rəhbərləri və əməkdaşları, sahibkarlar, təsərrüfat xidmətlərinin işçiləri insanın  iştirak edib. Ağacların əkini üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənmiş, əkiləcək ağacların və digər yaşıllıqların suvarılması üçün su xətləri çəkilib. Rayonun ərazisində 200-dən çox  yeni ağac əkilmiş, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib. 

Qaradağ rayonun küçələrində səki kənarları, səkilər və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulub, zədələnmiş ağaclar budanıb, digər təmizlik və dezinfeksiya işləri görülmüşdür. Eyni zamanda rayonda fəaliyyət göstərən sahibkarlara obyektlərində təmizlik işləri aparmaqla obyektlərin pəncərələrinin yuyulması və digər dezinfeksiya işlərinin aparılması tövsiyə olunub. Bundan başqa ərazidə zibilliklər yığışdırılıb.

Bu gün keçirilən iməcilikdə yol boyunca əkilən yeni ağaclar  bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.

Mövsüm ərzində Qaradağ rayonunun  yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin  davam etdirilməsi nəzərdə tutulub.