"Qafqazinfo" ANS Press-ə istinadən xəbər verir ki, hadisə Sahil qəsəbəsində məsciddə baş verib.
Məsciddə olarkən 51 yaşlı kişi qəfildən dünyasını dəyişib.
Dünyasını dəyişən Yaşar Əbilovdur. Meyit müayinə olunub. İlkin ehtimala görə, o ürək tutmasından dünyasını dəyişib. Lakin onun daha öncə hər hansı xəstəliyinin olub-olmadığı bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər