Qaradağda ağacəkmə aksiyası

qaradagda-agacekme-aksiyasi
Oxunma sayı: 1060


“Qafqazinfo” xəbər verir ki, aksiyada Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri yaxından iştirak edib.

Artıq mart ayında başlanan kampaniya çərçivəsində 16000-ə qədər müxtəlif növ ağaclar əkilib. Əkilən ağacların qorunması üçün müvafiq suvarma sistemi qurularaq gecikdirilmədən aqrotexniki qulluq göstərilir. Abadlaşdırılan ərazidə təmizləmə işləri görülür, yeni torpaq qatı salınır, mineral gübrələr səpilir. “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində rayonun digər qəsəbələrində, eləcə də Bakı-Ələt (Astara) magistral avtomobil yolu boyunca ağaclar əkiləcək.