Qaradağda bayram tədbiri- - Fotolar

qaradagda-bayram-tedbiri-
Oxunma sayı: 915


“Qafqazinfo” ya daxil olan məlumata görə, tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Elnur Qurbanov ilk öncə 5 iyun Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibəti ilə bu sahədə çalışanları Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun adından səmimi qəlbdən təbrik edib.

O qeyd edib ki, Azərbaycanda əhalinin içməli su təminatı həmişə aktual olub. XX əsrin əvvəllərində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə Şollar su kəmərinin tikintisi ilə başlayan içməli su tarixinin sonrakı dövrlərində daha böyük layihələr icra edilib.  Bakı şəhəri və onun qəsəbələrinin 2011-2013-cü və 2014-2016-cı illərdə sosial-iqtisadi inkişafı, Dövlət proqramlarında içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı genişmiqyaslı tədbirlər öz əksini tapmış və artıq onların böyük bir hissəsi reallaşdırılıb. Həmin proqramların icrası nəticəsində Qaradağ rayonunda su və kanalizasiya sistemində köklü dəyişikliklər baş verib. Bəzi qəsəbələrdə içməli su problemi öz həllini tapıb. Görülən tədbirlərin nəticəsidir ki, bu gun rayon əhalisinin 80%-i 24 saat fasiləsiz su ilə təmin edilir