Qaradağda bayram tədbiri keçirildi

qaradagda-bayram-tedbiri-kecirildi
Oxunma sayı: 802


“Qafqazinfo” ya daxil olan məlumata görə, tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova bu günün ölkəmizin tarixinə qızıl hərflərlə yazıldığını qeyd edərək, 1990-cı illərin əvvəllərində hökm sürən olduqca mürəkkəb və gərgin bir şəraitdə yenicə əldə olunmuş dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, Azərbaycanın dövlətçilik ənənələrinin bərpa olunmasında Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu qeyd etdi. 

Bildirdi ki, Azərbaycanın taleyinin həll olunduğu ən ağır və faciəli günlərdə dahi rəhbərin xalqının təkidli tələbləri ilə yenidən hakimiyyətə qayıtması ölkəmizin tarixində həqiqətən dönüş nöqtəsi oldu. Bu qayıdış Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə olan ümidini artırdı. 15 iyun-Milli Qurtuluş günü Heydər Əliyevin bütünlüklə xalqı azrəbaycançılıq ideyası ətrafında birləşdirməsinin bariz sübutu oldu. Məhz Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində ölkəmiz hərtərəfli inkişaf və tərəqqi yoluna qədəm qoyub. 

Digər natiqlər də öz çıxışlarında o dövrdə xaos və anarxiya nəticəsində dövlətçiliyimizin itirilmək təhlükəsinin olduğu fikrini səsləndiriblər. Qeyd edildi ki, Ölkənin hər bir tərəfindən fəallaşan silahlı dəstələr yenicə müstəqillik əldə etmiş dövlətimizi parçalamaq niyyətindəydilər. Lakin xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev xalqına arxalanaraq müəyyən daxili və xarici qüvvələrin Azərbaycan dövlətçiliyini məhv etmək, ölkəni parçalamaq, vətəndaş qarşıdurması yaratmaq kimi cəhdlərinin qarşısını qətiyyətlə alıb.