Qaradağda bayram yarmarkası

qaradagda-bayram-yarmarkasi
Oxunma sayı: 914


"Qafqazinfo"ya daxil olan məlumata görə, yarmarkanın keçirilməsində məqsəd Novruz bayramı ilə əlaqədar rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının almaqdır.Yarmarkada yaradılan səliqə-sahman, çeşidlərin bolluğu əhali tərəfindən müsbət qarşılanıb. Əhalinin kənd təsərrüfatı mallarına olan tələbatını ödəmək məqsədilə keçirilən yarmarkada müxtəlif növ ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz, balıq, toyuq, süd məhsulları, həmçinin Novruz süfrələrinin bəzəyi olan müxtəlif növ və bol çeşiddə çərəzlər satışa çıxarılıb. Məhsullar bazar qiymətlərindən orta hesabla 20-30 faiz ucuz satılıb.

Sakinlər bayram yarmarkasında satılan məhsulların keyfiyyətindən və qiymətlərindən razı qaldıqlarını bildirərək, ölkə və rayon rəhbərliyinə öz minnətdarlıq ediblər.