Qaradağda binada yanğın

qaradagda-binada-yangin-
Oxunma sayı: 969

Qaradağ rayonunda çoxmənzilli yaşayış binasının 9-cu mərtəbəsində pilləkan qəfəsində 2 kv.m sahədə məişət tullantıları və 1 ədəd pəncərə çərçivəsi yanıb.

QafqazinfoFövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 18:19-də yanğınsöndürənlər tərəfindən söndürülüb.