Qaradağda bir nəfər dənizdə batmaqdan xilas olundu

qaradagda-bir-nefer-denizde-batmaqdan-xilas-olundu
Oxunma sayı: 762

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Qafqazinfo”nun FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.