“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov dünyada insan üçün ən böyük nemət azadlıq, dövlət üçünsə müstəqillik, əgər azad insan müstəqil dövlətdə yaşayırsa, bu xoşbəxtliyin dəyərinin ölçüyəgəlməz olduğunu bildirib. Azərbaycan xalqı üçün xoşbəxtliyin belə yüksək zirvəsinin fəthi Heydər Əliyevin adı ilə bağlıdır. O fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və vətəndaşın mənafeyinə xidmət etmiş Azərbaycanın bütövlüyü uğrunda, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması üçün fədakarlıqla çalışmış, mümkün ola bilən hər şeyi edib.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzov Azərbaycan tarixinin Heydər Əliyev dövrünü təkcə sürətli inkişaf, yüksəliş anlayışları ilə səciyyələnmədiyini, mahiyyətcə yeni tarixin formalaşması kimi bir anlama uyğun gəldiyini vurğuladı. Heydər Əliyev Azərbaycanın yeni tarixini yaradıb.
Son xəbərlər
Son Xəbərlər