Qaradağda DTX-nın peşə bayramı qeyd edildi

qaradagda-dtx-nin-pese-bayrami-qeyd-edildi
Oxunma sayı: 3882

28 mart – Dövlət Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilib

"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə icra başçısı Süleyman Mikayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və Dövlət Təhlükəsizlik Xidmətinin Qaradağ rayon şöbəsinin əməkdaşları iştirak edib.

Tədbiri giriş sözü ilə açan S. Mikayılov 28 mart – Dövlət Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı münasibətilə bütün orqan işçilərini təbrik edib. 

Tədbirin sonunda icra başçısı tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinin Qaradağ rayon şöbəsinin bir neçə əməkdaşına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.