İH-dən “Qafqazinfo”ya verilən məlumta görə, ilk növbədə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılıb. Artıq 3 gün ərzində 1363 sakin müayinədən keçib. Rayonun səhiyyə ocaqlarında keçirilən müayinələr yüksək səviyyədə təşkil edilib. Müayinəyə terapevtlər, cərrahlar, pediatrlar, həmçinin oftalmoloq, nevropatoloq, stamotoloq və dermatoloqlar cəlb olunublar. Kardioqram çıxarılır, ultrasəs, rentgen, laborator müayinələr aparılır.
Qaradağ rayonunun idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanlar, pensiyaçılar tibbi müayinələrdə mütəşəkkil surətdə iştirak edirlər. Rayonda sakinlərin tibbi müayinə barədə məlumatlandırılması və ölkə başçısının tapşırığına uyğun olaraq onların tibbi müayinədən keçirilməsi üçün mühüm işlər görülüb.
Belə ki, əhali arasında geniş təbliğat işləri aparılıb, yaşayış evlərinin girişlərinə elan lövhələri yapışdırılıb, uzaq qəsəbələrdə yaşayanların tibbi müayinəsi üçün səyyar həkim briqadaları yaradılıb. Bütün idarə və müəssisələrdə çalışan insanlar qrafikə əsasən ərazi üzrə poliklinikalara müraciət edəcəklər.
Müayinədən keçən rayon sakinləri onlara pulsuz müayinə olunmaq imkanı yaratdığına görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Son xəbərlər
Son Xəbərlər