Qaradağda gənci öldürən şəxs saxlanıldı

qaradagda-genci-olduren-sexs-saxlanildi
Oxunma sayı: 3282

Martın 9-da saat 22 radələrində Qaradağ rayonu Müşviq qəsəbəsində 1996-ci il təvəllüdlü qəsəbə sakini Elburus Orucovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Bu barədə "Qafqazinfo"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Araşdırmalarla cinayət əməlini şəxsi münasibətlər zəminində 1987-ci il təvəllüdlü qəsəbə sakini Mehman Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar davam etdirilir.