Aprelin 27-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Gözlərə nur verən şəfqətli insan” mövzusunda dəyirmi masa keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, aparatın şöbə müdirləri, rayonun səhiyyə, təhsil, mədəniyyət müəssisələrinin nümayəndələri və gənc həkimlər iştirak ediblər.
Süleyman Mikayılov bildirib ki, yüksək intelektual səviyyəsi, sərrast düşüncəsi, səmimi, xoş münasibəti onu hamıya sevdirirdi. Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmiş Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş edib.
Zərifə xanım eyni zamanda sədaqətli həyat yoldaşı, qayğıkeş ana kimi xalqımızın qəlbində özünə əbədi yer tutub. Daim həyat yoldaşı Ulu Öndərimizin yaxın sirdaşı və silahdaşı olub.
Sonda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tədbiri yekunlaşdıraraq, Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini vurğulayaraq, qonaqlara və tədbir iştirakçılarına təşəkkürünü bildirib.





Son xəbərlər
Son Xəbərlər