Qaradağda hesabat yığıncağı keçirilib

qaradagda-hesabat-yigincagi-kecirilib
Oxunma sayı: 906

Qaradağ Rayon İcra Hakimiyyətinin 2018-ci ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 09 aprel 2018-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Mixail Zabelin,  Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Mixail Zabelin,  Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Hesabat məruzəsi ilə çıxış edən başçı Süleyman Mikayılov İlham Əliyevin qələbəsi münasibətilə yığıncaq iştirakçılarını təbrik edib. 

2018-ci ilin birinci rübünün yekunları haqqında geniş məruzə nitqi ilə çıxış edən S. Mikayılov rayonun sosial iqtisadi inkişafını geniş təhlil edərək, statistik rəqəmləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Məruzə ətrafında Qaradağ Rayon Enerji Təchizatı və Satışı idarəsinin rəisi Tahir Əliyev görülmüş işlər və qarşıda duran vəzifələr, “Azkomfort” MMC-nin direktor müavini Natiq Babayev tikinti sektorunda görülmüş işlər və qarşıda duran vəzifələrə dair çıxış edərək rayon İcra hakimiyyətinin 2018-ci ilin birinci rübündəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini bildiriblər.

Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilib və yekdilliklə qəbul edilib.

Daha sonra Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə təltif edilmiş Qaradağ Rayonu Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzinin direktoru Hicran Aydın qızı Xəlilovaya “Tərəqqi” medalı təqdim edilib.

Rayon ictimaiyyətinə İlham Əliyevin verdiyi tapşırıqların, Nazirlər Kabinetinin məlum iclasındakı nitqindən irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi və Qaradağ rayonunun davamlı sosial-iqtisadi inkişafını təmin edilməsi üçün tapşırıqlarını verib.