Qaradağda Heydər Əliyevin anım mərasimi - Foto

qaradagda-heyder-eliyevin-anim-merasimi
Oxunma sayı: 2273

Dekabrın 12-də Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Şura üzvləri və rayon ictimaiyyəti iştirak edib.

İlk öncə Süleyman Mikayılov və Şura üzvləri abidə önünə əklil və gül dəstələri qoyublar.

Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzməklə ehtiramlarını bildiriblər.

Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda Heydər Əliyevin anım mərasimində iştirak edən rayon ictimaiyyəti abidə önünə gül-çiçək dəstələri qoyduqdan sonra rayonun bütün qəsəbələrində Ulu Öndərin ruhuna dualar oxunub və ehsan süfrələri açılıb.