Qaradağda iftar süfrəsi açılıb - Fotolar

qaradagda-iftar-sufresi-acilib
Oxunma sayı: 1841

Aprelin 21-də Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən iftar süfrəsi verilib. 

“Qafqazinfo” xəbər verir ki, iftar süfrəsində şəhid ailələrinin üzvləri, qazilər, millət vəkilləri, rayonun idarə və müəssisə rəhbərləri, dindarlar və ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycanda açılan iftar süfrələrinin tolerantlıq nümunəsi olduğunu vurğulayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini bildirib.

Müqəddəs Ramazan ayı boyunca rayonun digər qəsəbələrində də iftar süfrələri açılacaq.