Qaradağda iməcilik keçirildi - Foto

Qaradağda iməcilik keçirildi
Oxunma sayı: 1653

Yanvarın 20-dən başlayaraq Bakı şəhərinə yağan ilk qardan sonra Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xidmətləri tərəfindən Qaradağ rayonunda qış mövsümünə hazırlıq tədbirləri planına uyğun operativ tədbirlər həyata keçirilib.

"Qaradağ RİH-dən "Qafqazinfo"ya bildirilib ki, qar yağmış ərazilərdəki küçə və yollar gecə saatlarında növbədə olan xüsusi təyinatlı texnika və kommunal xidmət əməkdaşları tərəfindən təmizlənmiş, bəzi yerlərə duz səpilib.

23 yanvar 2021-ci il tarixdə səhər saatlarından etibarən rayonun kommunal xidmətləri tərəfindən Qaradağ rayonunda operativ təmizlik işlərinin həyata keçirilməsinə başlanıb.

Kommunal xidmətlərin avtonəqliyyat vasitələri və əməkdaşları tərəfindən yolların və küçələrin kənarlarının çirklənmədən təmizlənməsinə, səki kənarları, bordyurların və buradakı işıq dirəklərinin yuyulmasına, yol kənarlarına yığılan çirkabların təmizlənməsi həyata keçirilib.

Eyni zamanda Yaşıllaşdırma Təsərrüfatı Trestinin əməkdaşları yol kənarlarındakı yaşıllıq zolaqlarını yuyaraq təmizləyib, sınmış ağaclar budanıb, digər lazımi işlər həyata keçirilib.

Qaradağ rayonunun təmizliyinin lazımi səviyyədə saxlanılması üçün bütün tədbirlər həyata keçirilir. Görülən işlər Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılır.

Qeyd edək ki, əvvəlcədən elan edilmiş iməciliyə qəsəbələrdə sahibkarlarda qoşulmuşdur.