Qaradağda konfrans keçirilib

qaradagda-konfrans-kecirilib
Oxunma sayı: 784


“Qafqazinfo” xəbər verir ki, ilk öncə tədbir iştirakçıları Lökbatan qəsəbəsində Heydər Əliyevin adını daşıyan parkda Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Konfransda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzov, Milli Məclisin üzvləri Hadı Rəcəbli, Şəmsəddin Hacıyev və Mixail Zabelin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov digər qonaqlar və rayon ictimaiyyəti iştirak edib.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsipləri Heydər Əliyev tərəfindən yaradıldığını qeyd edib. Bildirdi ki, 1969-cı ildə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi dövrdə istər kənd təsərrüfatının, istər sənaye məhsulu istehsalı baxımından müqayisəli şəkildə baxdıqda, Azərbaycanın inkişaf etmədiyini görürük. 

Öz növbəsində Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzov Heydər Əliyevin hakimiyyətə gəlişini Azərbaycanın yenidən dünyaya gəlməsi kimi qiymətləndirib. 

Milli Məclisin üzvü Hadı Rəcəbli Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkəmizdə bütün sahələrin yüksək sürətlə inkişaf etməyə başladığını bildirib. Qeyd edib ki, Heydər Əliyev xalqın içindən çıxdığı üçün xalqın potensialını çox gözəl bilirdi.