Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-Siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Gənc Diplomatlar Birliyinin sədri Eltun İbrahimov, Türkdilli Gənclər İctimai Birliyinin sədri Sahil Hacıyev, “Yeni Nəsil” Gənclər İctimai Birliyinin sədri, layihə rəhbəri Asif Səlimovun digər qonaqlar və rayon gəncləri iştirak edib. Çıxış edən Təranə İsmayılova Heydər Əliyevin 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” fərmanla müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadi və hüquqi baza yaratmış, gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmasına və ictimai-siyasi fəallığının artmasına kömək ediyini bildirib.
Prezidenti Administrasiyasının İctimai-Siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev öz nitqində xdeyib ki, bu gün Azərbaycan gəncləri öz potensialına, intellektinə görə heç də digər ölkə gənclərindən geridə qalmırlar, əksinə, irəlidədirlər. Hazırda Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünyanın istənilən ölkəsinə nümunə ola bilər. Azərbaycanda Gənclər Fondu yaradılıb, gənclərimizin dünyanın ən nüfuzlu universitetlərində təhsil alması üçün dövlət proqramı həyata keçirilir. Azərbaycan gəncləri müxtəlif bilik və idman yarışlarında, olimpiadalarda yüksək nəticələr göstərirlər. Mötəbər idman yarışlarında gənclərimiz Azərbaycan bayrağını ən yüksək kürsülərdə dalğalandırırlar.
Layihə 1 ay boyunca davam edərək gənclərə liderlik bacarıqlarının öyrədilməsində mühüm rol oynayacaq.
Son xəbərlər
Son Xəbərlər